03 İyun 2026, 14:45
FUTBOL
"Barselona"nın baş məşqçisi Hans Flik Mark Kasadonu növbəti mövsüm üçün heyətdə düşünmür.
Matc.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
Kataloniya təmsilçisi yay transfer pəncərəsində 22 yaşlı dayaq yarımmüdafiəçisi üçün gələn təklifləri dəyərləndirəcək. Klub ispaniyalı futbolçunun satışından 20 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Qeyd edək ki, Mark Kasado başa çatan mövsümdə "Barselona"nın heyətində bütün turnirlərdə keçirdiyi 34 oyunda 1 qol ötürməsi edib.






_1780500978.jpg)

_1780496762.jpg)



_1780492010.jpg)
