Braziliya millisinin yarımmüdafiəçisi Kazemiro dünya çempionatından gözləntilərini bölüşüb.

Matc.az xəbər verir ki, 34 yaşlı futbolçu aşkar favorit sayılmamaq statusunun komandasının xeyrinə işləyə biləcəyini deyib.

​"Əsas favorit deyilik. Əlbəttə ki, yaxşı formadayıq. Təcrübəli və gənc istedadların sintezindən ibarət güclü heyətimiz var. Bəlkə də bu dəfə bir addım geridəyik. Amma tam hazırıq və bu, həmişə yaxşıdır. Məşqçi və prezident dəyişikliyi ilə müşayiət olunan, çoxsaylı təlatümlərin yaşandığı çətin bir dövr oldu. Baş məşqçi ilə bir ildir işləyirik. Faktiki olaraq birlikdə cəmi 40 gün keçirmişik. Hesab edirəm ki, turnirə yaxşı formada yollanırıq".

Qeyd edək ki, ​Braziliya yığması mundialda mübarizəyə C qrupunda başlayacaq və burada onların rəqibləri Mərakeş, Haiti və Şotlandiya seçmələri olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest