"Yuventus"un əfsanəvi sabiq hücumçusu Alessandro Del Piero "Rimini" futbol klubunu yenidən dirçəltmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb.
Ötən ilin dekabrında "Rimini" müflis elan olunub və C Seriyasında kənarlaşdırılıb. İndi isə Del Piero Pyemontdan olan bir sahibkarla birlikdə klubu satın almaq və fəaliyyətini yenidən başlatmaq niyyətindədir.
İtaliya millisinin keçmiş hücumçusu artıq Rimini şəhərinin meri Camil Sadeqolvaad ilə görüşüb və klubun yenidən qurulması üçün zəruri olan normativ və korporativ aspektləri müzakirə edib.
Hazırda ABŞ-də yaşayan Del Piero uzun müddətdir idman menecmentini öyrənir və artıq özünü futbol funksioneri kimi sınayıb. O, bir neçə futbol akademiyası yaradıb və UPSL-də çıxış edən "LA 10 FC" klubunun əsasını qoyub.
Xatırladaq ki, aprel ayında Del Pieronun İtaliya Futbol Federasiyasının rəhbərlərindən biri ola biləcəyi barədə də xəbərlər yayılmışdı.













