Bosniya və Herseqovina millisinin hücumçusu Edin Ceko dünya çempionatları tarixində pley-off matçında meydana çıxan ən yaşlı oyunçu olub.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Opta" statistika portalı yayıb.

Bildirilir ki, o, ABŞ millisinə qarşı 40 yaş 106 günlüyündə çıxış edib. Hücumçu portuqaliyalı müdafiəçi Pepenin ötən mundialda müəyyənləşdirdiyi rekordu (39 yaş 283 gün) geridə qoyub.

Qeyd edək ki, forvard kapitan sarğısı ilə meydanda 51 dəqiqə keçirib. Bundan sonra o, zədə səbəbindən əvəzlənib.

Yekunda bosniyalılar 64-cü dəqiqədən etibarən çoxluqda oynasalar da, 0:2 hesabı ilə uduzublar. Turnirin ev sahibləri isə 1/8 finalda Belçika millisi ilə qarşılaşacaqlar.

Ümumilikdə Edin Ceko Bosniya və Herseqovina yığmasında 151 oyun keçirib. Bu görüşlərdə o, 73 qol vurub və 31 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest