Konqo millisinin baş məşqçisi Sebastyen Desabr dünya çempionatının 1/16 finalında İngiltərəyə məğlubiyyətdən sonra təşkil edilən mətbuat konfransında faciəvi xəbər alıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Foot Mercato" nəşri yayıb.
Onun komandası böyük bir sensasiya yaratmağa yaxın olsa da, yekunda 1:2 hesabı ilə məğlub olub. Bu uğursuz nəticədən sonra mütəxəssis jurnalistlərlə ünsiyyət qurmaq üçün mətbuat konfransına gəlib.
Tədbir zamanı yerli futbol federasiyasının nümayəndəsi 49 yaşlı mütəxəssisə ailəsində baş verən faciə barədə məlumat verib. O, baş məşqçinin atasının vəfat etdiyini bildirib:
"Məşqçinin atasını itirdiyini bildirmək məcburiyyətindəyik, buna görə də dərin hüznlə başsağlığı veririk".
Bu kədərli xəbərdən sonra Sebastyen Desabr qısaca "sağ olun" deyə cavab verib. O, bununla da çıxışını başa vurub və sarsılmış vəziyyətdə mətbuat konfransını tərk edib.












