"Əsas mərhələnin qrup qalibi olmalıyıq" - millinin baş məşqçisi
"Təlim-məşq toplanışına dünəndən başlamışıq. Hazırlığımızı plan üzrə davam etdiririk. Təbii ki, komandanın qarşısına konkret məqsəd qoyulub. Əsas mərhələni qrup qalibi kimi başa vurmalıyıq. İşlərimizi də bu məqsədə nail olmaq istiqamətində qurmuşuq".