05 İyul 2025, 14:28
FUTBOL
"Parma"nın və Fransanın gənclərdən ibarət yığmasının hücumçusu Anj-Yoan Bonni "İnter"ə keçib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı hücumçu ilə müqavilə 5 illik müqavilə imzalanıb. Transferin məbləği açıqlanmayıb, lakin mətbuatın yazdığına görə, Bonni "İnter"ə 23 milyon avro və əlavə 3 milyon mümkün bonusa başa gəlib.
Qeyd edək ki, forvard 2021-ci ilin yayından "Parma"da çıxış edir. Bonni ötən mövsüm bütün turnirlərdə heyətində 38 matçda 6 qol vurub, 4 məhsuldar ötürmə edib. O, Fransanın U-21 gənclər yığmasında 2 oyun keçirib.