"Mançester Siti" hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Matc.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Premyer Liqa nəhəngi "Lion"dan Rayan Çerkinin keçidini həll edib.

"Şəhərlilər" 40 milyon avro qarşılığında fransalı vingeri transfer edəcək. 21 yaşlı futbolçunun özü ilə də şəxsi müqavilənin şərtləri razılaşdırılıb.

Qeyd edək ki, Fransa millisinin üzvü olan Rayan Çerki ötən mövsüm "Lion"un heyətində keçirdiyi 44 oyunda 12 qol vurub, 20 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest