Gürcüstanın "Dinamo" klubu Avropa Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycan Kubokunun qalibi "Qəbələ" ilə oyunlar üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib. Matc.az xəbər verir ki, Tiflis təmsilçisinin baş məşqçsi Feliks Visente Miranda "qırmızı-qaralar"la oyunlarda 24 futbolçunun - xidmətindən yararlana bilər. 
 
Onlardan 8-i legionerdi. Heyətdə 3 qapıçı, 7 müdafiəçi, 12 yarımmüdafiəçi və 2 hücumçu yer alıb:
 
Qapıçılar: 1. Xose Perales (İspaniya), 12. Sergey Litovçenko (Ukrayna), 25. Luka Kutaladze;
 
Müdafiəçilər: 2. Quca Ruxaia, 3. Viktor Monxil (İspaniya), 4. Abdel Medub (Fransa), 5. Davit Kobouri, 16. Georgi Kimadze, 24. Nodar İaşvili, 29. Aleksandr Kapilenko (Ukrayna);
 
Yarımmüdafiəçilər: 6. Bakar Kardava, 7. Georgi Zarya, 8. Georgi Kuxianidze, 10. Levan Şengeliya, 11. Akaki Şulaya, 14. Arpanq Daffe (Seneqal), 15. Georgi Papava, 23. İrakli Azarov, 32. Nika Ninua, 35. Mixail Şişka (Ukrayna), 36. Mate Kvirkvia, 38. Nodar Kavtaradze (Rusiya);
 
Hücumçular: 19. Levan Kutalya, 26. Georgi Abuaşvili.
 
Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 25-də Qəbələ keçiriləcək və saat 19:00-da başlayacaq. Cavab görüşü isə bir həftə sonra Tiflisdə olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest