Belə ki, gənc vinger cari mövsümdə Premyer Liqada cəmi iki dəfə start heyətində meydana çıxıb. Bu səbəbdən “Çelsi” onun transferi ilə bağlı mümkün variantları dəyərləndirir.

“Çelsi”nin baş məşqçisi Xabi Alonso “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopesin transferi üçün braziliyalı vinger Estevao Uilyanın mübadiləyə daxil edilməsini təklif edə bilər.

Matc.az xəbər verir ki, Kataloniyanın “El Nacional” nəşri London klubunun belə bir variantı nəzərdən keçirdiyini yazıb.

Məlumata görə, Alonso daha əvvəl 18 yaşlı braziliyalı futbolçuya səbirli yanaşmağın vacibliyini vurğulasa da, Estevaonun İngiltərə Premyer Liqasında az oyun şansı qazanması onun gələcəyi ilə bağlı suallar yaradıb.

Belə ki, gənc vinger cari mövsümdə Premyer Liqada cəmi iki dəfə start heyətində meydana çıxıb. Bu səbəbdən “Çelsi” onun transferi ilə bağlı mümkün variantları dəyərləndirir.

London təmsilçisinin Fermin Lopesin keçidində israrlı olduğu və bunun üçün Estevaonu mübadiləyə daxil etməyə hazırlaşdığı iddia edilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest