Futbol üzrə Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Gürcüstanın "Dinamo" (Tiflis) klubu arasında keçiriləcək ilk oyuna hakim təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, oyun Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb. 
 
Baş hakim Nikolas Uolş olacaq. Ona Alan Malvenni və Cordan Stoki kömək edəcəklər. Dördüncü hakim funksiyasını Qavin Dunkan yerinə yetirəcək. UEFA nümayəndəsi Mixalis Mitas (Kipr), hakim-inspektor isə Qay Qotals (Belçika) olacaq.
 
Qeyd edək ki, iyulun 25-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" – "Dinamo" oyununa saat 19:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest