Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Neftçi" – "Speranta" matçının ən yaxşı futbolçusu məlum olub. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 6:0 hesabı ilə başa çatan matçın ən yaxşısı Dario Federiko olub.
 
Oyunun ən yaxşı indeksə malik futbolçusu: Dario Federiko – 345
 
çərçivəyə ən çox zərbə vuran: Vanqelis Platellas – 3
 
Ən çox dəqiq ötürmə verən: Emin Mahmudov – 91
 
İkili mübarizədən ən çox qalib ayrılan: Dario Frederiko – 12
 
Ən çox cərimə qazandıran: Kirilo Petrov, Anton Krivotsyuk – 2
 
Qapıçının seyvi: 3

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest