Azərbaycan çempionu "Qarabağ" UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində ilk oyununu səfərdə İrlandiyanın "Dandalk" klubuna qarşı keçirəcək. Matc.az xəbər verir ki, "Dandalk"ın ilk oyun üçün bu gün satışa çıxardığı biletlər artıq bitib. Klub yaydığı açıqlamada, oyuna marağın yüksək olduğunu və biletlərin tükəndiyini bildirib.
 
"Oriel Park" stadionunda oynanılacaq matç, iyulun 24-də, saat 22:45-də start götürəcək. Sözügedən arena daxili yarışlar üçün 3000, avrokubok oyunları üçün 4500 azarkeş tutumuna malikdi.
 
"Qarabağ" cavab oyununa isə iyulun 31-də çıxacaq. Qarşılaşma "Dalğa Arena"da, saat 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest