21 İyul 2019, 16:31
AVROPA LİQASI
"Qəbələ"nin Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mübarizəyə 2-ci mərhələdən başlayacaq "qırmızı-qaralar" Tiflis "Dinamo"sunu keçəcəyi təqdirdə, iyulun 22-dəki püşkatmada səpələnməmişlər səbətində yer alacaq və nisbətən güclü komandalarla qarşılaşacaq.
Avropa Liqası
3-cü təsnifat mərhələsi
Səpələnmişlər
"Hapoel Bier-Şeva" (İsrail) - "Kayrat" (Qazaxıstan) cütünün qalibi
"Apollon" (Kipr) - "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi
"Torino" (İtaliya) - "Debretsen" (Macarıstan) cütünün qalibi
"Viktoriya" (çexiya) – "Olimpiakos" (Yunanıstan) cütünün məğlubu (çempionlar Liqası)
"Feyenoord"
Səpələnməmişlər
"Austria" (Avstriya)
"Norçöpinq" (İsveç) - "Liepaya" (Latviya)
"Qəbələ" (Azərbaycan) - "Dinamo" (Tbilisi, Gürcüstan)
"Şaxtyor" (Soliqorsk, Belarus) - "Esbyerq" (Danimarka)
"Antverpen" (Belçika)