21 İyul 2019, 17:35
AVROPA LİQASI
Sabiq FİFA referisi Asim Xudiyevlə AFFA baş katibinin müavini Sərxan Hacıyev UEFA-dan yeni təyinat alıb. Matc.az xəbər verir ki, onlar Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək ilk oyunlarda iş başında olacaqlar.
Xudiyev Bolqarıstanın Plovdiv şəhərində yerli "Lokomotiv" və Slovakiyanın "Spartak" (Trnava) komandaları arasında keçiriləcək oyunda hakim-inspektor funksiyasını yerinə yetirəcək. O, kiprli Timofeos Kristofinin rəhbərlik etdiyi hakimlər briqadasının işinə qiymət verəcək. İyulun 25-də Plovdivdəki "Lokomotiv" stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.
Hacıyev isə Macarıstanda "Fehervar" və Lixtenşteyn "Vaduts"u arasında keçiriləcək oyunda UEFA nümayəndəsi olacaq. İyulun 25-də Felçut şəhərindəki "Panço Arena"da keçiriləcək görüşə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.