Avropa Liqasının (AL) çempionlar yolunda III təsnifat mərhələsinin püşkü atılıb. Matc.az saytının məlumatına görə, çempionlar Liqasından (çL) bu turnirə yuvarlanan komandaların potensial rəqibləri müəyyənləşib.

çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" – "Dandolk" cütünün məğlubunun da potensial rəqibi bəlli olub. Azərbaycan çempionu əgər İrlandiya klubuna yenilsə, Avropa Liqasına yuvarlanacaq və AL-də II raundun "Slovan" (Slovakiya) - "Ferronikeli" (Kosovo) cütlüyünün qalibinə rəqib olacaq. "Qarabağ" Avropa Liqasına düşsə, III raundun ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest