Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin Əsas yolunun püşkü atılıb. Matc.az saytının məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində keçirilib.

Azərbaycanı bu turnirdə təmsil edən "Neftçi" və "Qəbələ"nin də potensial rəqibləri bəlli olub. Yarışa II mərhələdən qoşulan Azərbaycan kubokunun qalibi "Qəbələ" Tbilisi "Dinamo"sunu mübarizədən kənarlaşdıra bilsə, III raundda Hollandiya klubu "Feyenoord"a rəqib olacaq.

"Sperantsa"nı 9 cavabsız qolla üstələyən "Neftçi" isə növbəti rəqib olan Tula "Arsenal"ından da güclü olsa, III mərhələdə "Bney Yehuda" (İsrail) ilə qarşılaşacaq.

Komandalarımız yoluna davam etsə, III mərhələyə "Qəbələ" səfərdə, "Neftçi" evdə başlayacaq.

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest