"Krılya Sovetov"la çempionat oyununda ayağım burxulduğu üçün əvəzləndim. Ancaq indi hər şey qaydasındadı. Ciddi zədəm yoxdu". Matc.az saytı xəbər verir ki, bunu Tula "Arsenal"ının futbolçusu Maksim Belyayev deyib.

Rusiya təmsilçisi Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "Neftçi"ni qəbul edəcək. Oyunöncəsi yerli mətbuata fikirlərini bildirən 28 yaşlı mərkəz müdafiəçisi Azərbaycan klubu haqda müsbət fikirlər səsləndirib.

Belyayev "Neftçi"ni təhlil etdiklərini vurğulayıb: "Neftçi"nin I mərhələdə "Sperantsa" ilə keçirdiyi oyunu izləmişəm. Onlar ilk matçda 3, ikinci görüşdə isə 6 cavabsız qol vurublar. Xüsusən də, birinci qarşılaşmalarına baxmışam. Təbii ki, oyunöncəsi rəqib barədə təhlillərimiz artıb. Onları daha yaxından tanımağa çalışırıq. Ancaq deyə bilərəm ki, "Neftçi" yaxşı təşkilatlanmış, güclü komandadı. Hələlik başqa nəsə deyə bilmərəm".

Qeyd edək ki, "Arsenal"la "Neftçi" arasında ilk oyun iyulun 25-də Tulada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest