04 Oktyabr 2018, 09:20
ÇEMPİONLAR LİQASI
çempionlar Liqasında II turun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. Matç.az saytı xəbər verir ki, UEFA bu ada iddia edən 4 oyunçunu müəyyənləşdirib.
Bunlar Paulo Dibala ("Yuventus"), Neymar (PSJ), Edin Dzeko ("Roma") və Lionel Messidi ("Barselona"). Sonuncu "Tottenhem"lə İngiltərədəki səfər matçında (4:2) dubl edibsə, digərləri het-trikə imza atıb.
Dibala evdə "Yanq Boyz" (3:0), Neymar öz meydanlarında "Srvena Zvezda" (6:1), Dzeko "Viktoriya" ilə Romadakı görüşdə (5:0) üç dəfə fərqlənib.