"Klubdakı əməkdaşlara təşəkkür etmək istəyirəm".

"Qarabağ"ın yeni transferi Renaldo Sefas kluba müqavilə imzaladıqdan sonra bununla əlaqədar ilk dəfə fikirlərini bildirib.

Matc.az xəbər verir ki, 26 yaşlı yamaykalı vinger sosial şəbəkə hesabında paylaşım edərək Ağdam təmsilçisinə keçidindən məmnun oluğunu ifadə edib.

"İlk demək istədiyim hər şeyə görə Tanrıya şükür etməkdir. Hər şeyə görə çox minnətdaram. Bu möhtəşəm ailəyə qoşulduğum üçün çox xoşbəxtəm", - deyə paylaşımında yazıb.

Sefas klub rəhbərliyinə və əməkdaşlarına da təşəkkür edib:

"Klubdakı əməkdaşlara təşəkkür etmək istəyirəm. Onlar mənim burada özümü evimdəki kimi hiss etməyimə şərait yaratdılar".

Sepas yeni komanda yoldaşları ilə görüşmək və məşqlərə başlamaq üçün səbirsizləndiyini də vurğulayıb.

Qeyd edək ki, Renaldo Sefas dünən "Qarabağ"la 3 illik müqavilə imzalayıb. Ağdam təmsilçisi Sefasa görə onun klubu olmuş "Pari NN"ə (Rusiya) 1 milyon avro təzminat ödəyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest