"Tottenhem" "Nyukasl"ın və İtaliya millisinin yarımmüdafiəçisi Sandro Tonalinin transferi üçün yeni təklif irəli sürməyi planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Bildirilir ki, 26 yaşlı italiyalı artıq London klubu ilə 2032-ci ilin yayına qədər qüvvədə olacaq şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Yarımmüdafiəçi ilə İngiltərə Premyer Liqasının daha iki klubu maraqlandığı üçün "Tottenhem" rəqiblərini qabaqlamaq məqsədilə danışıqları sürətləndirməyə çalışır.
Sandro 2023-cü ilin iyulunda 70 milyon avro qarşılığında "Milan"dan "Nyukasl"a keçərək tarixin ən baha italiyalı futbolçusu olub. Onun klubla hazırkı müqaviləsi 2029-cy ilin yayına kimidir.
Tonali 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla klubu üçün 53 matçda meydana çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
Daha əvvəl "Nyukasl"ın italiyalı yarımmüdafiəçi üçün 115 milyon avro qiymət qoyduğu bildirilirdi.













