Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella dünya çempionatının qrup mərhələsinin 3-cü turunda ABŞ üzərində qazanılan qələbəni (3:2) şərh edib.

Matc.az xəbər verir ki, italyan mütəxəssisin fikirlərini "Fanatik" nəşri yayıb:

"98-ci dəqiqədə hamımızın yaşadığı sevinc son bir həftədə bu oyuna necə hazırlaşdığımızı göstərir. Bu komanda belə bir gedişlə turnirdən kənarda qalmağa layiq deyildi! Prezidentimiz və oyunçularımız üçün möhtəşəm anlar idi. Mən də daxil olmaqla hamı emosional idi... Biz şərəfimiz üçün oynayırdıq, qalib gəlmək vacib idi. Buna nail olduq və xoşbəxtik.

Dəvət etdiyimiz hər bir futbolçunun əsas heyət oyunçusu olduğuna qəti şəkildə inanıram! İlk dəqiqədə qapımızda qol gördük, əgər nə edəcəyini bilən bir komanda olmasaydıq, oyunun gedişatını dəyişə bilməzdik. Bunu hamıya sübut etdik. Bu ruhu ilk iki matçda da göstərmişdik, sadəcə futbolda bəzən bəxt gətirmir! Futbolçularımız tənqidləri haqq etmirdilər. İndi ayağa qalxmaq vaxtıdır".

Qeyd edək ki, qələbəyə baxmayaraq, Türkiyə millisi dünya çempionatını D qrupunda dördüncü sırada başa vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest