Avropa Liqasında ölkəmizi təmsil edən "Neftçi" vətəni tərk edir. "Ağ-qaralar" Avropa Liqasının II təsnifat mərhələsində "Arsenal"la qarşılaşmaq üçün Rusiyaya yola düşür. Bakılılar bu gün axşam saatlarında qarşılaşmanın keçiriləcəyi mərkəzi arenada son məşqini keçəcək.

Avropa Liqasında ölkəmizi təmsil edən "Neftçi" vətəni tərk edir. Matc.az saytının məlumatına görə, "ağ-qaralar" Avropa Liqasının II təsnifat mərhələsində "Arsenal"la qarşılaşmaq üçün Rusiyaya yola düşür.

Komandanı aparacaq təyyarə bir neçə dəqiqə sonra Moskvaya yola düşəcək. Paytaxt təmsilçisi Tulaya Moskvadan avtobusla gedəcək.

Bakılılar bu gün axşam saatlarında qarşılaşmanın keçiriləcəyi mərkəzi arenada son məşqini keçəcək.

Qeyd edək ki, sabah keçiriləcək "Arsenal" - "Neftçi" oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest