"Neftçi"nin yüksək səviyyəli futbolçuları var. "Arsenal" üçün asan olmayacaq. Ancaq Tula təmsilçisinin sürpriz etməyə gücü var. Ötən mövsüm göstərilən oyun bunun sübutudu. Komanda bu mövsüm də öz oyununu tapır".

"Arsenal" avrokuboklar üçün təcrübəsiz komandadı. Ancaq "Neftçi" müntəzəm burda iştirak edir". Matc.az saytı xəbər verir ki, bunu rusiyalı mütəxəssis Valeri Nepomnyaşi deyib.

Məşqçi karyerası ərzində ölkəsi ilə yanaşı, Kamerun, çin, Türkiyə, Cənubi Koreya, Yaponiya və özbəkistan kimi ölkələrdə çalışmış 76 yaşlı Nepomnyaşi Rusiya klublarının avrokuboklardakı şanslarını dəyərləndirib.

O, Avropa Liqasının II təsnifat mərhələsində "Arsenal"la "Neftçi" arasında keçiriləcək oyunlar barədə də danışıb. Nepomnyaşi bu cütlükdə şansları bərabər sayır: "Neftçi"nin yüksək səviyyəli futbolçuları var. "Arsenal" üçün asan olmayacaq. Ancaq Tula təmsilçisinin sürpriz etməyə gücü var. ötən mövsüm göstərilən oyun bunun sübutudu. Komanda 3 hücum oyunçusunu itirməsinə baxmayaraq, bu mövsüm də öz oyununu tapır. Bu cütlükdə şansların bərabər olduğunu düşünürəm".

Qeyd edək ki, sabah Tulada keçiriləcək "Arsenal" - "Neftçi" oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest