"Zədə ilə bağlı problemim yoxdu. Özümü yaxşı hiss edirəm və oyuna hazıram. "Dinamo" qarşısında gözləntilər böyükdü. Bütün kollektiv bu matça köklənib. Həmçinin mən özüm də oyuna tam hazıram".

"Zədə ilə bağlı problemim yoxdu. özümü yaxşı hiss edirəm və oyuna hazıram". Matc.az saytının məlumatına görə, bunu "Qəbələ"nin hücumçusu Davit Volkov deyib.

24 yaşlı forvardın şərəfini qoruduğu "qırmızı-qaralar" Avropa Liqasının II təsnifat mərhələsində onun həmyerliləri olan Tbilisi "Dinamo"su ilə qarşılaşacaq.

ölkəsi Gürcüstan mətbuatına qısa açıqlama verən sabiq "Dinamo"lu görüşə hazır olduqlarını bildirib: "Dinamo" qarşısında gözləntilər böyükdü. Bütün kollektiv bu matça köklənib. Həmçinin mən özüm də oyuna tam hazıram. Cütlük barədə proqnoz vermək çətindi. Onu deyə bilərəm ki, kim layiqdisə, o da növbəti mərhələyə vəsiqə qazansın".

Qeyd edək ki, "Qəbələ" ilə "Dinamo" arasında ilk oyun sabah Qəbələdə keçiriləcək və 19:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest