"Arsenal"la "Neftçi" arasındakı mübarizədə hər şey Tanrının istədiyi kimi olacaq". Matc.az saytının məlumatına görə, bunu Moskva "Spartak"ının sabiq prezidenti Andrey çerviçenko deyib.

Tanınmış biznesmen Rusiya klublarının avrokuboklardakı çıxışına münasibət bildirib. 53 yaşlı iş adamı Avropa Liqasının II təsnifat mərhələsində yerli "Arsenal" klubunun "Neftçi" ilə keçirəcəyi oyunlara da toxunub.

O, bu cütlükdə səfər qolunun həlledici olacağını düşünür: "Azərbaycanda futbolu sevirlər. "Neftçi", xüsusən də, evdə azarkeşlərinin dəstəyi ilə güclü oynaya bilir. Belə cütlüklərdə problem öz meydanında bir qol buraxmaqdı. Məhz bu həlledici olacaq. Təbii ki, ilk görüşün kimin meydanında keçirilməsi də müəyyən qədər rol oynayır. Əgər "Neftçi" Tuladakı ilk oyunda bir qol vursa, o zaman "Arsenal"ın Bakı səfərində işi ağır olacaq. Yox, "Arsenal" birinci matçda qapısından top buraxmasa, onlar üçün daha asan keçəcək".

Qeyd edək ki, bu komandalar arasında ilk oyun sabah Tulada keçiriləcək və Bakı vaxtı ilə 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest