Rusiyanın "Arsenal" (Tula) klubunun baş məşqçisi İqor çerevçenko Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi təşkil olunan mətbuat konfransına qatılıb. Matc.az xəbər verir ki, o, Azərbaycan təmsilçisi ilə oyunun çətin olacağını bildirib:
 
"Futbolçular sabah kimin start heyətində meydana çıxacağını bilmir. Mənim isə ilk 11-liklə bağlı müəyyən fikirlərm var. "Neftçi" yaxşı komandadı. Əvvəlki mərhələdə Moldova "Speranta"sına 6 qol vurublar. Hər il avrokuboklarda mübarizə aparırlar. Artıq hamı futbol oynamağı bacarır. Bizim üçün "Neftçi" ilə oynamaq xüsusi hadisədi. Ancaq Avropa Liqasının qrupuna düşmək üçün çox çalışmaq lazımdı. Bu, bizim hədəfimizdi".
 
Qeyd edək ki, sabah keçiriləcək "Arsenal" - "Neftçi" oyununa Bakı vaxtı ilə 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest