"Barselona" ilə yollarını ayıran Tomas Vermalenin karyerasını Yaponiyada davam etdirəcəyi dəqiqləşib. Matc.az xəbər verir ki, belçikalı müdafiəçi "Vissel Kobe" klubuna keçib. 
 
Bu barədə Yaponiya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Vermalen yeni klubunda 4 mömrəli formanı geyinəcək.
 
"Vissel Kobe"də "Barselona"nın sabiq futbolçuları Serxio Samper və Andres İnyesta forma geyinir.
 
2014-2019-cu illər aralığında "Barselona"da forma geyinən Vermalen, iyulun 1-dən azad agent idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest