AFFA İntizam Komitəsi Premyer Liqanın XXXI turunda keçirilən “Turan Tovuz” – “Sumqayıt” oyunu ilə bağlı qərarlarını açıqalayıb. Matc.az xəbər verir ki, komitə Tovuz təmsilçisinə cərimələr tətbiq edib.
 
Qərb komandası 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.
 
Qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması kluba daha 800 manat bahasına başa gəlib.
 
Həmçinin birinci hissə bitdikdən sonra azarkeşlər tərəfindən meydançaya kənar əşya atıldığından, “Turan Tovuz” 800 manat da cərimə olunub.
“Sumqayıt” isə 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə ödəyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest