Premyer Liqanın XXXII turunun “Neftçi” – “Turan Tovuz” oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, biletlər fərqli qiymətdədi.
 
Belə ki, 2, 5, 10 və 15 manat təşkil edən biletləri “iticket.az”dan əldə etmək mümkündü. “Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.
 
Qeyd edək ki, aprelin 28-də keçiriləcək qarşılaşma saat 17:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest