28 İyul 2019, 12:35
AVROPA LİQASI
Futbol üzrə Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Gürcüstanın "Dinamo" (Tiflis) klubu arasında keçiriləcək cavab oyununa təyinatlar açıqlanıb. Matc.az xəbər verir ki, UEFA bu qarşılaşmanı finlandiyalı hakimlər briqadasına həvalə edib.
Tiflisdəki Boris Payçadze adına stadionda keçiriləcək görüşün baş hakimi Petri Vilyanen olacaq. Ona yan xətt hakimləri Riku Vihreavuri və Mika Lamppu yardım edəcək. Dördüncü hakim funksiyasını isə Dennis Antamo yerinə yetirəcək.
Hakim-inspektor Yens Larsen (Danimarka), UEFA nümayəndəsi Sergey Lisnik (Moldava) olacaq.
Avqustun 1-də keçiriləcək "Dinamo" – "Qəbələ" matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Qəbələdə baş tutan ilk oyun Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb – 0:2.