"Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Rusiyanın "Arsenal" (Tula) klubuna qarşı keçirdiyi ilk oyunun ən yaxşı futbolçusu məlum olub. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə başa çatan matçın ən yaxşısı Voyislav Stankoviç olub.
 
"Arsenal" – "Neftçi" oyunu üçün "InStat"ın göstəricilərindən bəzilərini təqdim edirik:
 
Oyunun ən yaxşı indeksə malik futbolçusu: Voyislav Stankoviç – 292
 
çərçivəyə ən çox zərbə vuran: Dario Frederiko, Namiq Ələsgərov – 1
 
Ən çox dəqiq ötürmə verən: Voyislav Stankoviç, Anton Krivotsyuk – 29
 
İkili mübarizədən ən çox qalib ayrılan: Soni Mustivar – 16
 
Ən çox cərimə qazandıran: Soni Mustivar – 3
 
Qapıçının seyvi: 4

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest