Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Arsenal" oyununun biletləri bu gün satışa çıxarılıb. Biletlərin qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) manat təşkil edir.

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" – "Arsenal" oyununun biletləri bu gün satışa çıxarılıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, biletlərin qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) manat təşkil edir.

Azarkeşlər biletləri "Bakcell Arena" stadionunun kassalarından, həmçinin "Rahat market"in "Baku MALL" (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), "Mega City" ticarət mərkəzi (Xırdalan şəhəri), "Şahənşah" şadlıq sarayının 1-ci mərtəbəsi ("Azadlıq" metrostansiyasının yanı), "Metropark" mağazalarından və "Mega Store"dan (Bakıxanov qəsəbəsi) əldə edə bilərlər.

Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək. Oyun günü biletlər yalnız "Bakcell Arena"nın kassalarında satılacaq.

Qeyd edək ki, avqustun 1-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Arsenal" oyunu saat 21:00-da başlayacaq. Tuladakı ilk qarşılaşmada təmsilçimiz 1:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest