"Neftçi" və Azərbaycan futbolu barədə bir az məlumatım var idi. Beş il əvvəl "Partizan"da olarkən Avropa Liqasının pley-off mərhələsində Belqradda "Neftçi"ni 3:2 hesabı ilə məğlub etmişdik".

"çempionlar Liqasının qrup mərhələsində iştirak etmişəm. Ancaq deməliyəm ki, Avropa Liqasında da kifayət qədər güclü komandalar var". Matc.az saytının məlumatına görə, bunu "Arsenal"ın yarımmüdafiəçisi Qoran Qauşiç deyib.

Serbiyalı futbolçu klubun rəsmi saytına müsahibəsində Avropa Liqasındakı çıxışlarını dəyərləndirib. O, II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçiriləcək cavab görüşünə də toxunub: "Neftçi" və Azərbaycan futbolu barədə bir az məlumatım var idi. Beş il əvvəl "Partizan"da olarkən Avropa Liqasının pley-off mərhələsində Belqradda "Neftçi"ni 3:2 hesabı ilə məğlub etmişdik. "Srvena Zvezda"nın sabiq qapıçısı Saşa Stamenkoviç bakılıların heyətində yer almışdı. ümumiyyətlə, Avropa Liqası əla turnirdi və burda güclü komandalar yer alıb. Bu yarışda iştirak etmək həm "Arsenal", həm də Tula şəhəri üçün yaxşı haldı. Məqsədimiz mümkün qədər irəliləməkdi".

Qeyd edək ki, "Neftçi" ilə "Arsenal" arasında oyun avqustun 1-də "Bakcell Arena"da keçiriləcək. Komandalar arasında baş tutan ilk qarşılaşmada təmsilçimiz 1:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest