"Arsenal" Rusiya çempionatında "Rostov"un qapısından 2 top keçirsə də, Tula təmsilçisinin hücum xəttinin əhəmiyyətsiz olduğunu demək lazımdı. Komanda ardıcıl iki oyundu uduzur". Matc.az saytının məlumatına görə, bunu rusiyalı futbol veteranı Yevgeni Lovçev deyib.
70 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə "Arsenal" arasında keçiriləcək cavab görüşü barədə fikirlərini bildirib.
Rusiya millisinin sabiq baş məşqçisi ilk oyundakı kimi, cavab qarşılaşmasında da Azərbaycan klubunun qələbə qazanacağını düşünür: "Neftçi"yə qarşı ilk matçda çerevçenkonun futbolçuları hücumda heç nə düşünə bilmədilər. Azərbaycan komandası bacarıqlı müdafiə olundu, "Arsenal" isə gücsüz idi. Evdəki məğlubiyyətdən sonra "Arsenal" indi Bakıda irəli getməyə və açıq futbol oynamağa məcburdu. Bu, "Neftçi"nin yalnız xeyrinədi. ümumiyyətlə, ilk qarşılaşmadan bəlli oldu ki, "Neftçi" üstündü. Bu üzdən də cavab matçında meydan sahiblərinin qələbəsini proqnozlaşdırıram".
Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Arsenal" oyunu saat 21:00-da başlayacaq. Tulada baş tutan ilk görüşdə təmsilçimiz 1:0 hesablı qələbə qazanıb.