Tuladakı məğlubiyyətə baxmayaraq, "Arsenal" üçün hələ heç nə itirilməyib". Matc.az saytı xəbər verir ki, bunu Rusiya millisinin sabiq baş məşqçisi Boris İqnatyev deyib.
79 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında Tula "Arsenal"ının Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" önündə şanslarını dəyərləndirib. İqnatyev hələ də həmyerlilərinə inandığını bildirib: "Əgər "Neftçi" səfərdə qalib gəlibsə, niyə "Arsenal" da bunu Bakıda etməsin? Hər iki komandanın növbəti mərhələyə vəsiqə şansı var. İlk görüşdəki 0:1 başınızı aşağı salmağa və məğlubiyyəti qəbul etməyə məcbur edən hesab deyil. Əminəm ki, "Arsenal" növbəti mərhələdə öz yerini tutmaq üçün savaşacaq".
Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək cavab görüşü saat 21:00-da başlayacaq.