"Favorit sayılmamağımız ilk oyunda bizə ziyan vurmadı. Bacarığımıza bələdik və nəyə qadir olduğumuzu bilirdik". Matc.az saytının məlumatına görə, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov deyib.

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Arsenal" üzərində Tulada 1:0 hesablı qələbə qazanan "ağ-qaralar" bu gün cavab matçında rəqibi qəbul edəcək.

Oyunöncəsi Rusiya mətbuatına açıqlama verən milli komandamızın yarımmüdafiəçisi diqqətli olmağın vacibliyini vurğulayıb: "Bakıdakı cavab qarşılaşmasında 90 dəqiqə ərzində konsentrasiyanı itirməməli, maksimum dərəcədə gücümüzü ortaya qoymalıyıq. Başa düşürük ki, "Arsenal" yaxşı komandadı və oyunun istənilən anında bizə qol vura bilər. Bu üzdən də ilk matçdakından daha yaxşı çıxış etməliyik".

Mahmudov növbəti dəfə "Neftçi" Rusiya çempionatında neçənci yeri tutar" sualını cavablandırıb: "Fikrimcə, "Neftçi" Rusiya Premyer Liqasında ikinci "səkkizlik"də yer alar, amma ill "səkkizlik" uğrunda mübarizə aparar. Rusiya çempionatının orta səviyyəli komandalarından elə də aşağı səviyyədə deyilik".

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Arsenal" görüşü saat 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest