02 Avqust 2019, 00:49
AVROPA LİQASI
Tula "Arsenal"ını (Rusiya) məğlub etməklə Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yüksələn "Neftçi" İsrailin "Bney Yehuda" klubu ilə qarşılaşacaq. Matc.az "ağ-qaralar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk oyun avqustun 8-də "Bakcell Arena"da, cavab matçı isə ayın 15-də Tel-Əvivdə baş tutacaq.
Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.