UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Neftçi" - "Bney Yehuda" matçının təyinatları açıqlanıb. Oyun Fransadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Kərim Abed olacaq. Ona Hiçam Zakrani və Mikael Berçebru kömək edəcəklər.
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Neftçi" – "Bney Yehuda" matçının təyinatları açıqlanıb. Matc.az saytı xəbər verir ki, oyun Fransadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Kərim Abed olacaq. Ona Hiçam Zakrani və Mikael Berçebru kömək edəcəklər. Dördüncü hakim funksiyasını Floran Batta yerinə yetirəcək. UEFA nümayəndəsi İonel Piskanu (Rumıniya), hakim-inspektor isə Kyell Alset (Norveç) olacaq.
31 yaşlı Kərim Abedin beynəlxalq təcrübəsi elə də böyük deyil. Gənc referi ötən ildən FIFA dərəcəsini daşıyır və iki il ərzində 9 beynləxalq matçda baş hakim olub. Həmin görüşlərdən 8-i aşağı yaş qrupu üzrə yığmaların, biri isə ötən mövsüm Avropa Liqasının II təsnifat mərhələsinə təsadüf edib. Abed ilk dəfə Azərbaycan təmsilçisinin oyununda fit çalacaq. Ancaq iki dəfə komandalarımızın oyununda hakimlər briqadasının tərkibində yer alıb. O, ötən il sentyabrın 20-də Avropa Liqasının qrup mərhələsində "Sportinq" (Portuqaliya) - "Qarabağ" (2:0) və noyabrın 20-də Millətlər Liqasının qrup mərhələsində Kosovo - Azərbayan (4:0) görüşündə əlavə köməkçi hakim funksiyasını yerinə yetirib.
Qeyd edək ki, avqustun 8-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Bney Yehuda" oyunu saat 21:00-da başlanacaq.