UEFA Avropa Liqasında ötən mövsüm üçün ən yaxşı futbolçu adına namizədləri açıqlayıb. Matc.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu adı qazanmağa 3 namizəd müəyyənləşib.
 
Avroliqanın son qalibi olan "çelsi"dən iki futbolçu – Eden Azar və Olivye Jiru bu qazanmağa namizəd göstərilir. Digər namizəd isə Frankfurt "Ayntraxt"ından Luka Yoviçdi.
 
Eden Azar (çelsi/Real)
Olivye Jiru (çelsi)
Luka Yoviç (Ayntraxt/Real)
 
Qalibin adı avqustun 30-da Monakoda təşkil olunacaq Avropa Liqasının 2019/20 mövsümünün qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest