Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"nin qonağı olan "Bney Yehuda" qələbəni əldən verməklə yanaşı, bir futbolçusunu da itirib. Müdafiəçi Paz Ben Ari sıradan çıxıb. Qarşılaşmanın 89-cu dəqiqəsində meydana daxil olan 23 yaşlı futbolçu sağ qolundan xəsarət alıb.
Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"nin qonağı olan "Bney Yehuda" qələbəni əldən verməklə yanaşı, bir futbolçusunu da itirib. Matc.az saytının İsrail mətbuatına istinadən məlumatına görə, müdafiəçi Paz Ben Ari sıradan çıxıb.
Qarşılaşmanın 89-cu dəqiqəsində meydana daxil olan 23 yaşlı futbolçu sağ qolundan xəsarət alıb. Hakimin son fiti öncəsi zədələnən mərkəz müdafiəçisi dirsək sümüyünün sınığı və dirsək bağlarının zədələnməsi diaqnozu ilə Bakıdakı xəstəxanalardan birinə aparılıb.
Qolu gipsə salınan futbolçu gecə saatlarında xəstəxanadan buraxılıb və komandanın qaldığı otelə qayıdıb. Ben Ari İsrailə döndükdən sonra zədənin durumunun dəqiqləşdirilməsi üçün növbəti dəfə tibbi testlərdən keçəcək.
Qeyd edək ki, "Bakcell Arena"da keçirilən "Neftçi" - "Bney Yehuda" görüşü 2:2 hesabı ilə nəticələnib. Komandalar arasında cavab matçı avqustun 15-də Tetah Tikvadakı "HaMoşava" stadionunda keçiriləcək.