"Neftçi"nin Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi olan İsrailin "Bney Yehuda" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, İsrail təmsilçisinin heyətində İtsik Azuz, Amit Zenati və Eytan Velblüm zədəlidi. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər üç futbolçunun "Neftçi" ilə oyunda iştirakı sual altındadır.
 
Bakıda keçirilən "Neftçi" – "Bney Yehuda" oyunu 2:2 hesabıyla bitib. Komandalar arasındakı cavab oyunu avqustun 15-də, İsraildə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest