Avropa Liqasının III təsnifat mərhələsində "Bney Yehuda" ilə qarşılaşacaq "Neftçi" vətəni tərk edib. Matc.az saytının məlumatına görə, "ağ-qaralar" bu gün səhər İsrailə yola düşüb.

Komanda axşam saatlarında qarşılaşmanın keçiriləcəyi Petak Tikva şəhərindəki "Ha Moşava" stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, sabah keçiriləcək "Bney Yehuda" - "Neftçi" oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq. Bakıdak ilk matçda qollu bərabərlik (2:2) qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest