"Neftçi" bu gün növbəti avrokubok oyununa çıxıb. Matc.az saytının məlumatına görə, təmsilçimiz Avropa Liqasının III təsnifat mərhələsində "Bney Yehuda" ilə cavab görüşünü keçirib.

Bakıda rəqibi ilə 2:2 hesablı bərabərə qalan "ağ-qaralar" İsraildə bunun revanşı üçün mübarizə aparıb. Roberto Bordinin yetirmələri pley-offa vəsiqə əldə etmək üçün mütləq qələbə qazanmalıydı.

Bu mövsüm səfərdə keçirdiyi hər iki qarşılaşmada quru hesabla qalib gələn "flaqman" qrup mərhələsinə bir addım da yaxınlaşmaq üçün bu vəzifənin öhdəsindən gəlməliydi. Amma təəssüf ki, "Neftçi" bunu bacarmayıb. Meydanı məğlub tərk edən təmsilçimiz Avroliqa ilə vidalaşıb.

"Neftçi" "Bney Yehuda" səddini keçsəydi, pley-offda "Malmö" – "Zrinski" cütünün qalibi ilə üz-üzə gələcəkdi.

 

Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
15 avqust

"Bney Yehuda" (İsrail) – "Neftçi" (Azərbaycan) 2:1
Qol: D.Jan, 14. T.Saqas, 66 - E.Mahmudov, 90+3-pen.

Hakimlər: Daniele Doveri, Alessandro Kostanzo, Alessio Tolfo, Fabrisio Pasqua (hamısı İtaliya)
Hakim-inspektor: Stefane Lanno (Fransa)
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
Petah Tikva. "Ha Moşava" stadionu
İlk oyun – 2:2

Bney Yehuda: 1. Emiliyus Zubas, 3. Dan Mori (k), 5. Daniel Feltser, 6. Amir Rustom, 8. Şey Mazor, 9. Dor Jan, 11. Məhəmməd Qadir, 16. Avişay Kohen, 19. Vafuqossani İsmaila Soro, 21. Tambi Saqas, 24. Alban Pnişi.
Ehtiyat oyunçular: 55. Yehonatan Şabi, 2. Dor  Elo, 7. Dor Koçav, 15. Ariel Lazmi, 23. Ben Şimoni, 26. Roey Ben Şimon, 77. Şemor Tsaadon.
Baş məşqçi: Yosef Abuksis.

Neftçi: 1. Səlahət Ağayev, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. ömər Buludov, 28. Stiven Monroz, 36. Mamadu Kane, 93. Soni Mustivar.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 9. Baqali Dabo, 11. Vangelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov.
Baş məşqçi: Roberto Bordin.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest