Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"ni qəbul edəcək "Bney Yehuda"nın təxmini "11-liy"i müəyyənləşib. Baş məşqçi Yossi Abukasis taktiki düzülüşdə və heyətdə heç bir dəyişikliyə əl atmayacaq.

Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"ni qəbul edəcək "Bney Yehuda"nın təxmini "11-liy"i müəyyənləşib. Matc.az saytının İsrail mətbuatına istinadən məlumatına görə, baş məşqçi Yossi Abukasis taktiki düzülüşdə və heyətdə heç bir dəyişikliyə əl atmayacaq.

Yəni "Bney Yehuda" "Bakcell Arena"da olduğu kimi, "Ha Moşava" stadionunda da 5-4-1 sxemindən istifadə edəcək. Bakıdakı 2:2 hesabından sonra çalışdırıcı bu taktikanın komandaya yenə xeyir verəcəyini düşünür.

çərçivəni Emiliyus Zubas qoruyacaq. "3-lü" mərkəz müdafiəsinin mərkəzində Alban Pnişi, onun yanlarında isə Daniel Feltser və kapitan Dan Mori yer alacaq. Müdafiənin sağ cinahı Amir Rustoma, sağ cinahı isə Avişay Kohenə tapşırılacaq. Onlar hücumlar zamanı cinah yarımmüdafiəçisi funksiyasını yerinə yetirəcəklər.

Vafuqossani İsmaila Soro ilə Tambi Saqasın işi yarımmüdafiənin mərkəzində rəqibin hücumlarını qarşılamaq və geridən oyun başlatmaqdan ibarət olacaq. Dor Jan və Şey Mazor müvafiq olaraq sol və sağ cinahlarda yer alacaqlar. Onlar Bakıdakı kimi, cinahlardan müdafiəyə kömək edəcək və komanda top sahib olan kimi, irəli atılacaq.

İsraillilərdə tək hücumçu qismində Məhəmməd Qadir çıxış edəcək.

Qeyd edək ki, "Bney Yehuda" - "Neftçi" görüşü Bakı vaxtı ilə 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest