İsrail mətbuatında bu ölkə təmsilçilərinin avrokuboklardakı çıxışı ilə bağlı sorğu aparılır.Yerli azarkeşlər "Bney Yehuda"nın Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə cavab görüşünə də proqnoz verib.

İsrail mətbuatında bu ölkə təmsilçilərinin avrokuboklardakı çıxışı ilə bağlı sorğu aparılır. Matc.az saytı xəbər verir ki, yerli azarkeşlər "Bney Yehuda"nın Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə cavab görüşünə də proqnoz verib.

"Komandalarımız avrokubokda mübarizəni davam etdirə biləcəkmi" sualını qoyan həmkarlarımız "Bney Yehuda" ilə bağlı iki seçim imkanı verib. Fanatlar "Xeyr, Avropadakı təcrübəsizlik ön plana çıxacaq, mübarizəni dayandıracaq" və "Bəli, üstünlüyü qoruyub, mərhələ adlayacaq" cavabları arasında seçim edir.

Davam edən sorğunun hazırkı durumuna əsasən israillilərin "Bney Yehuda"ya güvəndiyini söyləmək olar. çünki respondentlərin 62%-i Təl-Əviv təmsilçisinin "Neftçi"ni keçəcəyinə inanır.

Qeyd edək ki, Petah Tikvadakı "Ha Moşava" stadionunda keçiriləcək "Bney Yehuda" - "Neftçi" matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq. Bakıdakı ilk qarşılaşmada qollu bərabərlik (2:2) qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest