"Linfild" bununla Şimali İrlandiyanın digər klublarına sübut etdi ki, yaxşı hazırlıq keçdiyin təqdirdə, uğur qazana bilirsən. Ümid edirəm ki, komandanın bu çıxışı digərlərinə gələcək üçün ilham verər".
"Devid Hili "Linfild"i pley-offa qədər aparmaqla böyük iş gördü. Bu, onun necə mükəmməl məşqçi olduğunu göstərir". Matc.az xəbər verir ki, bunu Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil deyib.
50 yaşlı mütəxəssis Şimali İrlandiya təmsilçisi "Linfild"in Avropa Liqasında pley-off mərhələsinə yüksəlməsini dəyərləndirib. O, eyni zamanda komandanın qrupun bir addımlığında "Qarabağ"la düşməsinə də münasibət bildirib: "Linfild" bununla Şimali İrlandiyanın digər klublarına sübut etdi ki, yaxşı hazırlıq keçdiyin təqdirdə, uğur qazana bilirsən. ümid edirəm ki, komandanın bu çıxışı digərlərinə gələcək üçün ilham verər. İndi onları "Qarabağ"la daha ciddi sınaq gözləyir. Əminəm ki, Hili komandanı bu rəqibə qarşı müsbət motivasiyada hazırlayacaq".
Qeyd edək ki, "Linfild"lə "Qarabağ" arasında ilk oyun avqustun 22-də Belfastda, cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.