"Oyun fərqli ssenaridə başlasaydı və ilk qolu "Neftçi" vursaydı, həyat bizim üçün çətinləşərdi". Matc.az saytının məlumatına görə, bunu "Bney Yehuda"nın hücumçusu Dor Jan deyib.

Avropa Liqasının III təsnifat mərhələsində Bakıda "Neftçi" ilə qollu bərabərliyə (2:2) nail olan İsrail təmsilçisi doğma arenasında 2:1 hesablı qələbə qazanaraq, mübarizəni davam etdirib.

Petah Tikvadakı görüşdə ilk qolun müəllifi olan Jan yerli mətbuata müsahibəsində bunun onlara böyük üstünlük gətirdiyini söyləyib: "İlk qol çox önəmli idi və bu, bizə böyük üstünlük qazandırdı. "Neftçi" böyük və peşəkar klubdu. Onların rəqibimiz olduğunu bildiyimiz gündən etibarən oyun planları, hər futbolçuları, güclü və zəif cəhətləri barədə araşdırmalar apardıq. çalışmalarımız bəhrəsini verdi və layiqli qələbə qazandıq".

25 yaşlı forvard qələbəni qeyd etməyin vaxtı olmadığını deyib. O, pley-off mərhələsindəki rəqib "Malmö"nü daha güclü komanda hesab edir: "ötən mövsüm mənim üçün əla keçdi. İlk ilim olduğundan, komanda yoldaşlarımın çox dəstəyini gördüm. Bu mövsüm isə həm fərdi, həm də komanda şəklində irəliləyişə nail olmaq istəyirəm. Avropa Liqasındakı ilk iki oyunumuz da uğurlu alındı. Ancaq "Neftçi" üzərində qazanılan zəfəri bayram etməyə vaxtımız yoxdu. Başa düşməliyik ki, hələ elə də böyük iş görməmişik. İndi "Malmö" ilə ilk oyuna yüksək səviyyədə hazırlaşmalıyıq. çünki budəfəki rəqib "Neftçi"dən də güclüdü. Hesab edirəm ki, xəyallarımızın dalınca getməliyik. İsveçdən evə sərfəli nəticə ilə dönəcəyimizə inanıram".

Dor Jan qazanılan uğurun sirrini çox çalışmaqda görür: "Komandamızın çox dəqiq DNK-sı var və baş məşqçimiz bunu yaxşı diktə edir. Siz bunu ötən mövsümdən görürdünüz. Futbolçular qərarlı, uğura ac və öyrənməyə meyillidilər. çox çalışdığımız zaman istədiyimizi ala bilirik. Bəziləri bunun üstün bir güc olduğunu düşünür. Ancaq çalışqanlıq sonda bəhrəsini verir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest