17 Avqust 2019, 23:27
AVROPA LİQASI
"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində "Linfild"lə keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib. Matc.az saytının məlumatına görə, UEFA Belfastdakı qarşılaşmanı isveçrədən olan briqadaya həvalə edib.
Avqustun 22-də baş tutacaq matçı Sandro Şarer idarə edəcək. Ona Stefan de Almeyda və Bekim Zoqay kömək edəcək. Oyunun 4-cü hakimi funksiyasını Fedayi San yerinə yetirəcək.
Xorvatiyalı Vlado Svilokos hakim-inspektor kimi, referilərin işinə qiymət verəcək. UEFA nümayəndəsi kimi isə isveçli Mikael Salzer iş başında olacaq.