"Qarabağ" səddini adlayıb qrup mərhələsinə düşməyimiz klub tarixində böyük bir hadisə olacaq. Belə olan halda bir çox məqamlara da nəzər yetirməliyik". Matc.az saytının məlumatına görə, bunu "Linfild"in sahibi Roy Makqivern deyib.
Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq Şimali İrlandiya təmsilçisinin hədəfi qrupa düşməkdi.
Klub sahibinin açıqlamalarından da belə başa düşmək olur ki, onlar indidən qrup barədə düşünürlər: "Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq. Təbii ki, bu, çempionat matçlarının vaxtına da təsirsiz ötüşməyəcək. Klubun qaydalarına görə, "Vindzor Park"dakı ev oyunlarımızı bazar günləri keçirə bilmirik. Böyük ehtimalla bu qərarı dəyişdirəcəyik. Ancaq bu barədə qərarı İdarə Heyəti verəcək. Bundan başqa, bir neçə oyun geridə qalacağıq ki, bunu da qrupa düşməyin cəzası kimi qəbul edirik. Klubun nüfuzuna təsir etsə də, maliyyə cəhətdən qazanclı olacağıq".
Qeyd edək ki, "Linfild"lə "Qarabağ" arasında ilk oyun avqustun 22-də Belfastda, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.